AZ

Pizza sifarişi qədər asandır

Avropa dünyanın kokain ticarətinin yeni mərkəzinə çevrilərkən, ekspertlər kokaindən istifadənin iki dəfə artdığını və Türkiyənin də bu trafikin təsiri altına düşdüyünü deyirlər. “Deutsche Welle”nin hesabatına görə, artan giriş və daha az tutulma riski narkotik əldə etməyi pizza sifarişi qədər asanlaşdırıb.

Almaniya Federal Polis Xidmətinin rəhbəri Holger Münxün “kokain dalğası” kimi təsvir etdiyi narkotik ticarəti Avropada narahatlıq doğurur.

Münxün dediyinə görə, Şimali Amerikada narkotik bazarı doymağa çatdığı üçün Avropa yeni hədəfə çevrilib. Son məlumatlar Almaniyada kokaindən istifadənin artdığını göstərir. Almaniya hökumətinin narkomaniya ilə mübarizə üzrə nümayəndəsi Burxard Blienert deyir ki, ölkədə kokaindən istifadə son illərdə iki dəfə artıb və hazırda ən çox yayılmış qanunsuz maddədir.

***

2023-cü ildə Almaniyada 43 ton kokain müsadirə edilib. Bu məbləğ əvvəlki illə müqayisədə iki dəfədən çoxdur.

Gömrük rəsmiləri meyvə yüklü konteynerlərdə gizlədilən kokainin ilk növbədə Ekvadordan Hamburq kimi Şimal dənizi limanlarına daşındığını bildiriblər.

Ekvadorun Guayaquil limanı Avropaya kokainin tranziti üçün əsas mərkəzlərdən biri kimi seçilir.

BKA-nın məlumatına görə, artım həm də Talibanın Əfqanıstanda tiryək istehsalını dayandırmasından sonra yaranan heroin çatışmazlığı ilə bağlıdır.

***

Bütün bu inkişaflara baxmayaraq, Almaniya təhlükəsizlik tədbirləri baxımından qonşuları Belçika və Hollandiyadan geri qalır.

Prokurorun narkotik şəbəkəsinə məlumat sızdırması iddiası hüquq sistemindəki boşluqları üzə çıxarıb.

Blienert vurğulayır ki, yalnız təhlükəsizlik tədbirləri ilə uğur əldə etmək mümkün deyil. O, hərtərəfli strategiyanın yalnız qarşısının alınması, dəstək və qətiyyətli mübarizə ilə mümkün olduğunu müdafiə edir.

Digər tərəfdən, Türkiyədə də kokain dövriyyəsi də artır. 2024-cü ildə üç vilayətdə ümumilikdə 608 kilo kokain ələ keçirilib və bu məbləğ Türkiyə tarixində üçüncü ən böyük kokain əməliyyatı olaraq qeydə alınıb.

***

Kokain sosial dairələrdə daha çox görünür. Sifarişlər “Telegram” kimi proqramlar vasitəsilə verilə bilər.

Hamburqdakı Narkomaniya Araşdırma Mərkəzindən Heike Zurhold deyir: “Bu, pizza sifariş etmək kimidir. Kuryer qapınıza kokain çatdırır”.

Alman Kriminal Polis Assosiasiyasından Jörn Memenqa deyir ki, qramı 50-80 avro arasında dəyişən qiymətə görə kokainin daha cəlbedici və əlçatan olub.

Seçilən
0
vaxt.az

1Mənbələr