AZ

Tramp: Ərdoğanla çox yaxşı və məhsuldar müzakirələr apardıq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 5 may, AZƏRTAC

Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatması üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm.

AZƏRTAC-ın məlumatına görə, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bildirib. O qeyd edib ki, danışıq zamanı, həmçinin Suriya, Qəzza və digər məsələlərlə bağlı yaxşı, məhsuldar müzakirə baş tutub.

Tramp Prezident Ərdoğanın onu Türkiyəyə dəvət etdiyini və Türkiyə liderinin də Vaşinqtona səfər edəcəyini bildirib. O, 4 illik əvvəlki prezidentliyi dövründə Rəcəb Tayyib Ərdoğanla mükəmməl münasibətinin olduğunu vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
icma.az

7Mənbələr