Məşhur amerikalı üzgüçü Qari Hola Kaliforniyada yanvar yanğınlarında itirdiyi medallar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, onun 10 olimpiya medalının beşi qızıldır.
Medallar BOK-un Lozannadakı baş qərargahında keçirilən xüsusi mərasimdə Holla təqdim edib.
Qeyd edək ki, yanvarın əvvəlində Kaliforniyanı şiddətli yanğınlar bürümüşdü. Fəlakət zamanı Hol evini və bir çox şəxsi əşyalarını itirmişdi.
Qari Holl beşqat olimpiya və üçqat dünya çempionudur. O, 1996-cı ildə Atlantada (ABŞ) və 2000-ci ildə Sidneydə (Avstraliya) keçirilən Olimpiadada iki qızıl medal, 2004-cü ildə Afinada (Yunanıstan) isə bir qızıl medal qazanıb.