AZ

COVID-19 təsadüfi mutasiyalarla deyil proqram təminatı ilə idarə olunur..?

...Britaniyalı fizik Melvin Vopson inqilabi fərziyyə irəli sürüb. Deməli, onun iddiasınagörə, COVID-19 pandemiyasına cavabdeh olan SARS-CoV-2 koronavirusunun mutasiyası təsadüfi təkamül hadisəsi deyil, konkret məlumat proqramının nəticəsi ola bilər.

Vopson informasiyanın xassələrini və onun sistemlərə təsirini öyrənən elmi sahə olan infodinamika konsepsiyasını tətbiq etmişdir.

Alim bu yanaşmaya əsaslanaraq belə qənaətə gəlib ki, virusun genomunda baş verən dəyişikliklər enerjinin saxlanması qanununa bənzər müəyyən qanunlara tabedir. Tədqiqatın müəllifi qeyd edir ki, SARS-CoV-2 mutasiyalarının əksəriyyəti nukleotidlərin çıxarılması səbəbindən genomun sadələşdirilməsinə səbəb olub.

Yalnız nadir hallarda (cəmi 1,08 faiz) virusun strukturunu çətinləşdirən nukleotid ardıcıllığının əlavələri baş verir.

Bu müşahidə mutasiyaların təsadüfi olması ilə bağlı ənənəvi fikirlə ziddiyyət təşkil edir və nəzarət edən bir ssenarinin mövcudluğunu göstərir.

SİA-nın məlumatına görə, Vopsonun tapıntıları müasir bioloji mutasiya nəzəriyyəsinə meydan oxuyur və reallığımızın təkcə fiziki qanunlara deyil, həm də informasiya matrisinə əsaslana biləcəyini göstərir.

Fizik hesab edir ki, onun nəzəriyyəsi biologiya, fizika və virusologiya sahələrində elmi tədqiqatlar üçün yeni üfüqlər açır.

Nazlı Almuradova

Seçilən
0
1
sia.az

2Mənbələr