AZ

Məşhur ifaçı şəxsi həyatına dair sirr pərdəsini qaldırdı

Məşhur ifaçı şəxsi həyatına dair sirr pərdəsini qaldırdıMəşhur pop ifaçısı Buray, qonaq olduğu Konuşanlar proqramında şəxsi həyatı ilə bağlı ilk dəfə bu qədər səmimi etiraflar edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, musiqi karyerası ilə yanaşı duru səsi və simpatiyası ilə də tanınan sənətçi, ən uzun münasibətindən və keçmiş evliliyindən danışaraq izləyiciləri təəccübləndirib.

Verilişin aparıcısı Hasan Can Kaya-nın "Ən uzun münasibətin nə qədər davam etdi?" sualına cavab verən Buray, "6 il evli qaldım" deyərək ilk dəfə evlilik keçmişini ictimaiyyətlə bölüşüb.

Açıqlamasında gənclik illərində Avstraliyada yaşadığını bildirən müğənni, "24 yaşımda qızı istədim, 25 yaşımda evləndim. 31 yaşımda boşandım. Keçmiş həyat yoldaşım Avstraliya doğumlu idi, amma ailəsi türkdü" sözlərini əlavə edib.

Səmimi açıqlamaları ilə diqqət çəkən Buray, şəxsi həyatına dair bu etirafı ilə pərəstişkarlarını həm təəccübləndirib.

Seçilən
0
sonxeber.az

1Mənbələr