İstanbulun Gaziosmanpaşa rayonunda yerləşən bir inşaat sahəsində işçilər arasında naməlum səbəbdən dava düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qısa müddətdə böyüyən mübahisə şiddətli qarşıdurmaya çevrilib. İşçilər bir-birlərinə daş, dəmir parçaları və qalın taxtalarla hücum ediblər.
Hadisə şahidlərinin çəkdiyi görüntülərdə, işçilərin aqressiv şəkildə bir-birinə hücum etdiyi anlar əks olunub. Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Bəzi şəxslər saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.