AZ

Kallasdan İrana ÇAĞIRIŞ: Rusiyaya hərbi dəstəyi dayandırın!

Avropa İttifaqının baş diplomatı Kaya Kallas İranın xarici işlər naziri Abbas Ərakçi ilə keçirdiyi telefon danışığında Tehrandan Rusiyaya hərbi dəstəyi dayandırmağı tələb edib.

KONKRET.az xəbər verir ki, Kallas söhbət zamanı Avropa İttifaqının nüvə məsələsi və regionda gərginliyin azaldılması ilə bağlı diplomatik səylərə dəstəyini bir daha vurğulayıb.

Eyni zamanda, o, İranda saxlanılan Aİ vətəndaşlarının vəziyyəti və insan haqları sahəsindəki durumla bağlı narahatlığını ifadə edib.

“Avropa İttifaqı ilə İran arasındakı münasibətlər bütün sahələrdə irəliləyişdən asılıdır”, – deyə Kallas bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr