AZ

Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukrayna , İran və Qəzza zolağı ilə bağlı məsələləri müzakirə edib .

"Mən indicə Türkiyə prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya/Ukrayna, Suriya, Qəzza və daha çox mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu. Prezident məni gələcəkdə Türkiyəyə səfərə dəvət etdi və o, Vaşinqtona da səfər edəcək", - o, mayın 5-də "Truth Social" səhifəsində yazıb.

Tramp Ərdoğanla hər zaman yaxşı münasibət saxladığını bildirib və iki ölkə arasında müxtəlif mövzularda mühüm əməkdaşlığı qeyd edib. O, həmçinin Ukraynadakı münaqişənin həlli üçün türkiyəli həmkarı ilə birgə işə ümid etdiyini bildirib.

Seçilən
0
36
aznews.az

10Mənbələr