AZ

“WhatsApp” mesajlarda yenilik etdi -

Meta, “WhatsApp” istifadəçilərinin məxfiliyini pozmadan tətbiqdə süni intellekt texnologiyalarını təkmilləşdirmək istəyir. Metbuat.az xəbər verir ki, şirkət yeni inkişaf etdirdiyi “Private Processing” texnologiyası ilə istifadəçilərin mesajlarını məxfi saxlayaraq, onların süni intellekt xüsusiyyətlərindən faydalanmalarını təmin etməyi planlaşdırır. Məlumata görə, “Private Processing” istifadəçi mesajlarının yalnız istifadəçi və onların alıcıları üçün əlçatan olmasını təmin edir, eyni zamanda Meta və “WhatsApp”ın mesaj məzmununa daxil olmasına icazə vermir. Bu, “WhatsApp”ın başdan sona şifrələmə siyasətini pozmadan süni intellektlə işləyən funksiyalardan istifadə etməyə imkan verir. “LlamaGuard”, “LlamaFirewall” və “LlamaPrompt Guard” kimi alətlər süni intellekt sistemlərini daha təhlükəsiz edəcək. Bu alətlər mətn və vizual təhlükəsizliyi təmin etməklə potensial kiberhücumlara qarşı ehtiyat tədbirləri görməyə yönəlib. Bu texnologiyalarla Meta, istifadəçi məxfiliyini qorumaq və süni intellektdən istifadə etməklə daha təhlükəsiz və daha səmərəli rəqəmsal təcrübə təmin etməyi hədəfləyir.

Qeyd edək ki, “WhatsApp”ın süni intellektə (AI) əsaslanan çatbotu təqdim etməsi birmənalı qarşılanmayıb. “WhatsApp”da tətbiq edilən yeni süni intellekt funksiyası etirazlara səbəb olmuş, hətta buna görə tətbiqdən imtina edənlərin olduğu bildirilmişdi.

Seçilən
0
1
metbuat.az

2Mənbələr