"Cari ilin aprel ayı ərzində Xocəsən bələdiyyəsinin büdcəsinə 30.349 manat vəsait daxil olub" -bu fikirləri Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova bildirib.
Sədr bildirib ki, bu vəsait əsasən əmlak və torpaq vergisindən daxil olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcəsində on faizlik artım müşahidə olunub. Belə ki, 2024-cü ilin aprelində bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcmi 27.643 manat olmuşdur.
Xocasən bələdiyyəsinin büdcə gəlirlərindəki on faizlik artım BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiyası nəticəsində əldə olunub.