16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-16) bu gündən mayın 11-nə qədər təlim-məşq toplanışı keçəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-16 yığmamız Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.
Millinin təlim-məşq toplanışı üçün heyəti ilə tanış ola bilərsiniz:
- Bilal Hacıyev – Qarabağ
- Ülvi Abbaslı – Sumqayıt
- Kamal Camalzadə – Neftçi
- Uğur Qurbanlı – Qarabağ
- Roman Fərzəli – Qarabağ
- Vaqif Nəbiyev – Qarabağ
- Arda Əzizli – Qarabağ
- Mehdi İsmayılov – Qəbələ
- Tunar Bayramov – Qəbələ
- Ramil Hacıyev – Zirə
- Cəfər Balakişiyev – Zirə
- Ruslan Quliyev – Neftçi
- Yusif Orucəliyev – EFA
- Mirzə Məmmədli – Sumqayıt
- Ömər Kosayev – Sumqayıt
- Raul Hüseynov – Vətən
- Furqan Musayev – Beşiktaş (Türkiyə)
- Şikar Şikar – Neftçi
- Murad İsmayılov – Qarabağ
- Cavidan Əlizadə – Qarabağ
- Tunar Əsgərzadə – Qarabağ
- Nicat Rəhimli – Qəbələ
Xəbərdə o da qeyd olunur ki, “Neftçi”nin futbolçuları mayın 7-də – çempionat oyunundan sonra milliyə qoşulacaqlar.