İranın xarici işlər naziri Abbas Araqçı Pakistanın paytaxtı İslamabada səfər edib.
Referans xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, səfər çərçivəsində Araqçı Pakistan rəsmiləri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Danışıqlarda ikitərəfli gündəliyin əsas məsələləri, o cümlədən ticarət-iqtisadi əməkdaşlıq və sərhəd təhlükəsizliyi müzakirə olunacaq.
Səfər çərçivəsində həmçinin regional və beynəlxalq proseslər də gündəmə gələcək. İranın dövlət agentliyi IRNA bu səfərin xüsusilə Pakistan və Hindistan arasında artan gərginlik fonunda baş tutmasına diqqət çəkib. Qeyd olunur ki, 22 aprel tarixində Cammu və Kəşmir bölgəsində baş vermiş terror aktından sonra İslamabadla Dehli arasında münasibətlər daha da pisləşib./globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta