"Bir çox insanlar yumurtanın qanda xolesterini artırdığını düşünərək ondan çəkinirlər. Lakin yumurta orta miqdarda qəbul edildikdə sağlamlığa zərər vermir".
Ölkə.az xəbər verir ki, bunu rusiyalı həkim Vladimir Loginov deyib.
Onun sözlərinə görə, aparılan tədqiqatlar sübut edib ki, sağlam insanlarda yumurtanın gündəlik istifadəsi ürək-damar xəstəliklərinə səbəb olmur və “pis” xolesterin səviyyəsini artırmır.
"Əgər insanda artıq xolesterin səviyyəsi yüksəkdirsə və ya şəkərli diabet diaqnozu qoyulubsa, gün ərzində bir yumurtadan çox yeməmək və ya sarısını rasiondan çıxarmaq tövsiyə olunur. İdmançılara və aktiv həyat tərzi keçirən insanlara isə gündə üç-dörd yumurta yemək məsləhət görülür".
Həkim əlavə edib ki, yumurta tərkibində yüksək keyfiyyətli zülal, A, D, E, B12 vitaminləri, dəmir, selen, xolin, eləcə də göz sağlamlığı üçün vacib olan lutein və zeaksantin kimi faydalı maddələr saxlayır.
Həmidə İbrahimova