AZ

Zelenski Brüsselin agentidir? Orbanın parlamentdəki çıxışı səs küy yaratdı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamasında onun ünvanına açıq təhdid eşidib və məhz buna görə açıq qarşıdurmaya getmək qərarına gəlib.

Globalinfo.az TASS-a istinadla xəbər verir ki, Orban parlamentdəki çıxışında Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı Budapeştə heç kimin göstəriş verə bilməyəcəyini vurğulayıb. O qeyd edib ki, indiyədək Zelenskinin təxribat xarakterli bəyanatlarına reaksiya verməməyə çalışıb, lakin son günlərdəki açıqlamalarla səbr kasası dolub.

Baş nazir bildirib ki, Zelenskinin Macarıstanda keçirilən referendumla bağlı “təhlükəli işlər görür” açıqlaması onun üçün ciddi xəbərdarlıq kimi səslənib.

“Beynəlxalq siyasətdə bu, yalnız ciddi təhdid kimi başa düşülə bilər və macar xalqına heç kim təhdid edə bilməz”, – o deyib.

Orban əlavə edib ki, Zelenskinin Brüssellə danışıqlar apardığını bilir. Bundan başqa, onun sözlərinə görə, Kiyev və Brüssel Macarıstanda Ukraynapərəst bir hökumət qurulmasına ümid edir, lakin buna imkan verilməyəcək.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr