AZ

"Beşiktaş"ın futbolçusu Azərbaycan millisinə dəvət olundu

BAKI, 5 may. TELEQRAF

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

Milli komanda mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.

Yığmanın təlim-məşq toplanışı üçün heyəti ilə tanış ola bilərsiniz:

S.
AD/SOYAD
KLUB
1
Bilal Hacıyev
Qarabağ
2
Ülvi Abbaslı
Sumqayıt
3
Kamal Camalzadə
Neftçi
4
Uğur Qurbanlı
Qarabağ
5
Roman Fərzəli
Qarabağ
6
Vaqif Nəbiyev
Qarabağ
7
Arda Əzizli
Qarabağ
8
Mehdi İsmayılov
Qəbələ
9
Tunar Bayramov
Qəbələ
10
Ramil Hacıyev
Zirə
11
Cəfər Balakişiyev
Zirə
12
Ruslan Quliyev
Neftçi
13
Yusif Orucəliyev
EFA
14
Mirzə Məmmədli
Sumqayıt
15
Ömər Kosayev
Sumqayıt
16
Raul Hüseynov
Vətən
17
Furqan Musayev
Beşiktaş (Türkiyə)
18
Şikar Şikar
Neftçi
19
Murad İsmayılov
Qarabağ
20
Cavidan Əlizadə
Qarabağ
21
Tunar Əsgərzadə
Qarabağ
22
Nicat Rəhimli
Qəbələ

Qeyd edək ki, “Neftçi”nin futbolçuları mayın 7-də - çempionat oyunundan sonra milliyə qoşulacaqlar.

Seçilən
0
9
teleqraf.com

10Mənbələr