“Kreditlərə görə faizlərin hesablanması və ödənişi qaydası fərdi müqavilədə öz əksini tapır. Müqavilədə xüsusi şərt yoxdursa, kredit verənin borcalandan yekunda əvvəldən hesablanan faizlərin hamısını alması doğru deyil”.
Bu fikirləri bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a şərhində deyib
O bildirib ki, müqavilədə belə bir şərt varsa, kredit götürənin faizləri tam ödəməkdən başqa yolu qalmır: “Bir qayda olaraq fiziki şəxslərə verilən kreditlər vaxtından əvvəl bağlandıqda həmin tarixə qədər yaranan faiz borcu alınır, müqavilədə göstərilən müddətə görə hesablanan faizlər alınmır. Müqavilədə bu şərt yoxdursa, kredit vaxtından əvvəl bağlandıqda faizlərin hamısının ödənilməsi tələb edilə bilməz”.
Sevinc