AZ

Limandakı partlayışın İrana vurduğu ziyan açıqlandı

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İran aprelin 26-da ölkənin cənubundakı Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 3 milyard dollardan 5 milyard dollara qədər itki verib.

"Unikal" xəbər verir ki, bu barədə İranın telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsün Sədr məlumat verib. 

Onun sözlərinə görə, dəymiş ziyanın miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrinin aradan qaldırılmasını gözləyir.

Xatırladaq ki, partlayış nəticəsində azı 70 nəfər ölüb, 1200-ə yaxın insan yaralanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr