AZ

Azərbaycan və Türkiyənin hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edilib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləriarasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçünölkəmizdə səfərdə olan qardaş ölkənin Milli Müdafiə Universitetinin(MMU) rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndəheyətini qəbul edib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, qonaqlar əvvəlcəFəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və Zərifəxanım Əliyevanın məzarlarını ziyarət edib, xatirələrinə ehtiramnümayiş etdiriblər.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizinmüstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarındankeçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyiniziyarət edərək gül dəstələri düzüblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə qonaqları salamlayannazir onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.Azərbaycan ilə Türkiyə arasında mövcud hərbi əməkdaşlığın bütünistiqamətlərdə olduğu kimi hərbi təhsil sahəsində də davam vəinkişaf etdirildiyini ifadə edib.

Professor E.Afyoncu öz növbəsində göstərilən səmimi münasibətəvə qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdəolmaqdan məmnunluğunu ifadə edib. Qonaq elm və təhsil sahələrindəəlaqələrimizin hər iki qardaş ölkə ordularının müasir milli kadrpotensialının qüdrətlənməsinə müsbət təsirini diqqətə çatdırıb.

Daha sonra müdafiə nazirinin birinci müavini – AzərbaycanOrdusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevqonaqlarla görüşərək keçiriləcək Yüksək Dialoq İclasının hər ikiölkənin hərbi təhsil ocaqlarına qarşılıqlı faydalarından danışıb,eləcə də ölkələrimiz arasındakı hərbi təhsil sahəsindəkiəməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərəkinkişaf etdirilməsi üzrə məsələləri müzakirə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıramövzulara dair geniş fikir mübadiləsi aparılıb.

Seçilən
0
25
az.trend.az

10Mənbələr