133 kardinal yeni papanı seçmək üçün Romaya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə mayın 7-də yeni pontifikin - konklavın seçim prosesi başlayacaq.
Kardinal Kevin Farrell Müqəddəs Pyotr Bazilikasında kardinal seçkilərinə otaqların ayrılması üçün püşkatma mərasimi keçirib. Hımin otaqlarda səsvermə hüququ olan kardinallar konklav boyu ünsiyyətsiz qalacaqlar.
2013-cü ildə Papa Fransiskin seçkiləri iki gün çəkmişdi.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də 89 yaşında dünyasını dəyişib. O, aprelin 26-da dəfn edilib.
Bizim.Media