"Atletik Bilbao"nun vingeri Niko Uilyams "Barselona"nın ulduzu Lamin Yamalla bağlı təəccübləndirən etirafı ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, o, İspaniya millisindən komanda yoldaşı olan 17 yaşlı Yamalla bağlı DAZN-a belə danışıb:
"Yamalın "İnter"lə oyununa baxdım. O, inanılmaz oyun keçirdi. "Mançester Yunayted"lə cavab qarşılaşmamızda eyni performansı göstərə bilərəm? Xeyr, mən o əclaf qədər yaxşı deyiləm".
Xatırladaq ki, "Barselona" "İnter"lə evdə 3:3 hesablı heç-heçə edib. Cavab qarşılaşması 6 mayda Milanda baş tutacaq.
"Atletik Bilbao" isə Avropa Liqasının yarımfinalında "Mançester Yunayted"ə ilk oyunda 0:3 hesabı ilə məğlub olub. Yarımfinalın cavab oyunu mayın 8-də "Old Trafford"da keçiriləcək.
Mirağa