Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə icazə verilməməsinə səbəb məlum olub.
Publika.az xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə bildirib.
Məlumata görə, azərbaycanlı deputatın ölkəyə girişinə qadağanın qoyulması onun dəfələrlə anti-Rusiya və rusofobik açıqlamaları olub.
O da vurğulanıb ki, Badamova qarşı görülən tədbirlər “şəxsi xarakter daşıyır” və “Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz öhdəliyinə” təsir göstərmir.