2025-ci il aprel ayının 22-28-i arası Qazaxıstan Respublikasının Almatı şəhərində Çukurova Ədəbiyyatçılar Dərnəyi, TÜRKSOY Beynəlxalq təşkilatı, Qazaxıstan Mədəniyyət Nazirliyi və "Muxali” İctimai Fondunun birgə düzənlədiyi X Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalında iştirak etdik.
Festivalda Qazaxıstan nümayəndələri ilə yanaşı Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Şərqi Türküstan (ÇXR), Tacikistan və digər ölkələrdən təmsilçilər vardı.
Festival Muqali Bahadırın (Bu arada Muqali haqqında ilk dəfə bu festivala görə kiçik araşdırma edib, Çingiz Xanın 4 əsas generalından biri və danışmanı (katibi) olduğunu, 52-53 yaş yaşamasına baxmayaraq çox sayda fəthlərə imza atdığını öyrənmiş oldum. Ədəbiyyatla, sənətlə əlaqəsi olmasa da, görünür o qədim türk torpaqlarının tarixi simalarından biri olduğu üçün festivalın bir hissəsi onun adı ilə əlaqələndırılmişdi.) anadan olmasının 855 illiyinə, Qazax dövlətçiliyinin yaranmasının 800 illiyinə; Qazax şairi, yazıçısı, bəstəkarı, folklorşünası ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin anadan olmasının 180 illiyinə həsr olunmuşdu.
Festival günlərində maraqlı rəsm sərgiləri (Azərbaycan və Özbəkistan rəssamları), kitab təqdimatları, çıxışlar, gəzilər oldu. Festivalın sonuncu günü - Qala gecəsində TÜRKSOY-un Baş katibi Sultan Rayev də iştirak etdi, olduqca inamlı, dəyərli fikirlər söylədi və ürəkdən gələn xoş arzularla hamını salamladı. Azərbaycandan festivala qatılan 31 nmayəndə heyətimüxtəlif hədiyyələr və medallarla təltif olundular. 2007ci-ildə əziz atam şair,jurnalistCavad Cavadlı Qazaxstanın Fəxrin Vətəndaşı adına layiq görülmüşdü. Bun qədim,hər daşı bir tarix olan torpaqda mən də Muqali Bahadır medalı ilə təltif olundum.
MənQazaxstanla bağlıdüşüncələrimi bir də belə ifadə etmək istərdim.BABAM,NƏNƏM ƏTİRLİ QAZAXSTANIM.
(esse)
Qazaxstana gedirəm.. Atamın vətən hesab etdiyi Qazaxstana .Qazaxstana gedirəm.Yolboyu nənəmin ,o sinədəftər nənəmin bayatılarıyla qolboyun olub,örpəyimlə gizlətdiyim axan göz yaşlarımıbir mənduyuram ,bir də ruhları əzizlərim...babam Molla Ələsgər,nənəm Keysu,əmilərim Səfər,Əlihüseyn,bibilərim Səkinə,Zeynəb və əziz atam......
Dərddən ozan olmuşam,
Ömrü xəzan olmuşam.
Əlifbanı bilmirdim,
Kitab yazan olmuşam.
Dağda sazaq ağlayar,
Yaxın, uzaq ağlayar.
Məni bu halda görən
Özbək, qazax ağlayar.
Qazaxstana gedirəm....Ən hündürbir dağın başına qalxıb qazax elini-elatınıbaşıma toplayıb atamınömrünün son saatına qədəradınızı çəkəndə rəngi solmuş,səyriyən dodaqlarından,nuru qaçmış gözlərindənaxan yaşdan, oğurlanmış uşaqlığından,dar ağacından asılmış arzularından danışmaq istəyirəm. Və bir də uzun hörüklü,qıyıq gözlü, içi şəfqətdolu o qazax gözəlindən,atamıölümün pəncəsindən qurtaran o türk gözəlindən danışmaq istəyirəm.
37 ci-ilinisti yay axşamlarının birindədəmir dəyənəklə döyülən qapıkəndin o biri başında əks-sədaverdi. Alın təriyləsalınmışo gözəl həyətimizəruhu çirkli, insan cəlladlarıqara örtük çəkdilərbabamınkasıb yuvasına.Xain çuğullarbabamın isti,halalocağnı dağıtsalar dasöndürməyəgücləri çatmadı.Ancaq o məşəqqətliillərin ağrı-acılarını ,ömrünün sonunacan atamın üz cizgilərində gördüm.Bacı-qardaşlarınınbir qurtum suya necə möhtac olduqlarından, iki dəfə anasının təkidiylə‘’a başa dönüm Cavad , barı sən qaç qurtul ki bir nişanəmiz qalsın ‘’deyərkən vücudunun titrənişdən, ucu bucağı görünməyən səhralarla üç gün oğrun -oğrun qaçarkən huşsuz halda bir qazax gəlninin etdiyi analıq qayğısından,atasının gözlərinin çıxarıldığı xəbərini alarkənanasının üzünü göylərə tutaraq nalə çəkməsindənvə sadalamaqla bitməyən hər gün ölüm qoxuyansürgün həyatınınhər dəqiqəsi əzabla yoğrulan günlərdən danışmaq istəyirəm.Qazaxstana gedirəm.... Bacara bilən varsaata deyəndəhələ də qaysaq tutmayan yaramabir ağı desin.Əsla cəhd etməyin.. Ən yanıqlı sətirləri elə atam özüdeyib....
FӘRYADINI DUYMADILAR ATAMIN
Kor fәhmili nadürüstlәr
Vәzifәyә satıldı.
Yazıq atam zindanların
Qucağına atıldı.
Ürәyinin axan qanı
Göz yaşına qatıldı,
Alçaq, zalım eşitmәdi
Fәryadını atamın.
Baxmadılar keçmişinә,
İndisinә, yaşına.
İstәdilәr haqq sözündәn,
Düz sözündәn daşına.
Dünyanın hәr әzabını
Gәtirdilәr başına.
Ancaq heç kәs qırammadı
İnadını atamın.
Qәhәr mәni hey boğsa da
Başının ağ saçından.
Ürәyimiz ayrılmadı
Ocağının saçından.
Qara, mәnhus sürgünlәrdә
İnlәsәk dә acından
Üstümüzdә hiss elәdim
Qanadını atamın.
Uzaq, nәmli mәhbәslәrdә
Min әzabla verdi can,
Yerә baxdım, göyә baxdım
Sәma da qan, yer dә qan,
Mәn bilirdim gәlәcәkdir,
- Gәldi elә bir zaman
Rәzil gördüm, miskin gördüm
Cәlladını atamın.
Ah, nә deyim namәrdlәrә,
Onlar elә soydular,
Çox günahsız insanları
Dәrisindәn soydular.
Ürәyindә dәfn etdilәr,
Gözlәrindә qoydular
Necә-necә arzusunu,
Muradını atamın.
Vaxt oldu ki, tapılmadı
Bircә tikә çörәk dә,
“Düşmәn oğlu” damğasını
Çox gәzdirdim kürәkdә,
Nisgillәrim dilә gəldi,
Qövr elәdi ürәkdә,
Heç bir kәsdә mәn görmәdim
Öz dadını atamın.
Bәzәn oldu zindana da
Mәn atıldım sözümdәn,
Ancaq heç vaxt ayrılmadım
Cığırımdan, izimdәn.
Övlad kimi bircә şeydә
Çox razıyam özümdәn
Heç bir yerdә alçaltmadım
Pak adını atamın.
Qzaxstana gedirəm ,nisgilə qarışmış bir sevinc də var içimdə.Qazaxstana gedirəm.Gedirəm o qədrbilən məmləkətə . O munis ruhların adından torpağınabaş qoyub bir övlad,bir nəvə kimi sevgimi bildiriməyə gedirəm. Qazaxstaa gedirəm ...bac-,qardaşlarımdan,
baba ocağımın ərənlərindənsalam verim.Salam verimMuqali Bahadurun,Abay Kunanbayevin ruhuna. Qazaxstana gedirəm.Qan verən yarasınaqazaxın türk oğlullarının yarım əsr sonraömrünün sonuna qədər haqq yolundan dönməyən, zalımların başı üstündədaim iti qılınc olan atama verdiklərədəyərə ‘’rahmat’’ söyləməyə gedirəm. Ey qazax eli siz mənə‘’Türkün türkdən başqa dostu yoxdur‘’kəlməsini əməlinizlə sübut etdiniz.
Qazaxstana gedirəm.....Qazaxstana gedirəm və hər gün xəyalən getdiyim,yuxularımın gerçəyə çevrildiyi Qazaxstana gedirəm...
PS Üşüyən göz yaşlarımı sevincə qərq edən qeyrətli türk qardaşım Erjan bəyəlayiq olduğu sözləri yaraşdıra bilmədim. Bildiyim təkcəNazımlə,Ələsgərlə yanaşı dayanan bir qardaş da qazandım.
Jalə Cəfərova
Araşdırmçı jurnalist