Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.
Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb.
Bin Mübarək bildirib ki, Prezident Şurasının rəhbəri Rəşad əl-Alimi ilə görüşüb və istefa ərizəsini ona təqdim edib.
Buna səbəb baş nazirin konstitusiya səlahiyyətlərini yerinə yetirmək və hökumətdə dəyişikliklər etmək iqtidarında olmamasıdır.