“Liverpul”un baş məşqçisi Arne Slot erkən çempionluğunun “qırmızılar”a hansı üstünlükləri verdiyi ilə bağlı sualı cabablayıb.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin müvafiq cavabını təqdim edir:
“Bir çox xüsus var ki, növbəti mövsümə təsirini göstərir. Bəzi komandaların klublararsı dünya çempionatına yollanması amili – bu, üstünlükdürmü, hə və ya yox? Mən düşünürəm ki, liqada qalibiyyətin əsas üstünlüyü ondadır ki, buna qədər mən heyətinmizə cəlb etmək istədiyimiz yeni oyunçularla ünsiyyətdə ikən, onlara azarkeşlərimizin xüsusi olduğunu və bu klubda oynamağın müstəsna məqam olduğunu deyirdim. Düşünürəm ki, əvvəllər mənə bu barədə xatırlatma etməyə də gərək yox idi, amma Bazar günündən sonra mən düşünürəm ki, mənə, azarkeşlərimizin necə xüsusi olduğunu daha kiməsə deməyə lüzum qalmayacaq, axı bu, inanılmaz idi.
Ona görə yox ki, duyğular çox idi, amma həm də ona görə ki, onlar meydana çıxmadılar. Mən dəfələrlə, komandaların liqanı qazandıqlarını, azarkeşlərin isə meydana axışıb yürüdüklərini, ikicə dəqiqədən sonra isə: “Axı biz burada nə edirik? İçəri gedək”, demələrini görmüşəm. Amma onların hamısı tribunalarda qaldılar, bayramın qeyd edilməsi isə inaılmaz idi. Özü də nəinki oyundan sonra, elə, oyun ərizində də. Liqada qalibiyyət və belə azarkeşlərimizin varlığı, düşünürəm ki, bizim dəvət etmək istədiyimiz bütün oyunçualrı cəlb edir, bu isə sözsüz, faydalıdır. Amma bizim liqanı indi qazanmağımızın növbəti mövsüm üçün faydalı olub-olmadığına gəlincə, – demək çətindir”, deyə Slot vurğulayıb.
Xatırladaq ki, “Liverpul” İngiltərə Premyer Liqasının 34-cü turunda evdə “Tottenhem” üzərində 5:1 hesablı möhtəşəm qələbə sayəsində cari mövsümün çempionluğunu erkən surətdə təmin edib. “Qırmızılar” 35 oyundan 82 xalla yarış cədvəlinin zirvəsindədirlər.