AZ

“O an gəlməlidir, hər bir futbolçunun ürəyində alov olmalıdır”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinalında PSJ ilə keçiriləcək cavab matçı haqda danışıb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bütün cəsarətimizi nümayiş etdirməli olduğumuz an gəldi. Komanda finala çıxmaq üçün ən yaxşı oyununu keçirməlidir.

Hər bir futbolçunun ürəyində alov olmalıdır. Biz Parisdə ən yaxşı tərəfimizi göstərib, qalib gəlməliyik”.

“Arsenal” doğma meydanda keçirilən ilk oyunda Fransa klubuna 0:1 hesabı ilə uduzub. Cavab oyunu mayın 7-də Parisdə keçiriləcək.

Seçilən
0
sportinfo.az

1Mənbələr