AZ

Taleh Qaraşov iclas keçirdi - Bu məsələlər müzakirə edildi (FOTOLAR)

Mayın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) inzibati binasında Liman şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilib.

"Unikal"ın məlumatına görə, Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, yeni Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılıb və planın işlənməsi zamanı müasir şəhərsalma ənənələri tam şəkildə öz əksini tapıb. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini Şahnaz Bədəlova bildirib ki, müasir dövrün tələbləri nəzərə alınmaqla Limanın Baş planı hazırlanıb. Onun sözlərinə görə, 22 dövlət qurumu ilə layihə razılaşdırılıb və hazırda Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmə mərhələsindədir. 

Komitə yetkilisi bildirib ki, Baş plan dövlət büdcəsi hesabına içraçı təşkilat “Arxin-M LTD” MMC tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanıb.

İçraçı təşkilat “Arxin-M LTD” MMC-nin nümayəndəsi Rafiq Mirzəyev  Baş planın hazırlanarkən ərazidə ilkin məlumatların toplanıb təhlil edildiyini, rayon və şəhər ictimayəti ilə görüşlər və müzakirələr keçirildiyini, şəhərin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini və prioritetlərini müəyyən edən proqnozlaşdırılma sənədlərindən istifadə olunduğunu vurğulayıb.

Rafiq Mirzəyev Baş plana əsasən şəhərsalmanın inkişafının layihənin başlanğıc (istinad) ili- 01.01.2022-ci il, birinci növbə - 2029-ci il və hesabat dövrü - 2042-cı il olaraq 3 mərhələyə ayrııldığını qeyd edib. Onun sözlərinə görə,  hesabat müddətinin sonuna qədər Liman şəhərinin əhalisinin artaraq 14000 nəfərə çatması gözlənilir. Əhalinin artım səviyyəsinə əsasən rahat həyat şəraitinin təmin edilməsi üçün müasir yaşayış komplekslərinin inşası, mövcud şəhər infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin iqtisadi imkanların genişləndirilməsi və sakinlərin məşğulluğunun təmin edilməsi üçün sənaye ərazilərinin yenidənqurulması, ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır. 

Seçilən
0
50
unikal.az

10Mənbələr