Milan. Trend:
Pakistan Asiya İnkişaf Bankının (AİB) əhəmiyyətli dərəcədə dahaböyük maliyyə yardımına və ekspert dəstəyinə ümid edir.
Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu AİB-in Pakistanüzrə idarəçisi Əhəd Xan Çima bu gün AİB idarə heyəti şurasınınbiznes-sessiyasında çıxışı zamanı bildirib.
"Resursların mövcudluğu rəqabətli prioritetlər tərəfindən dəsıxışdırılır. Buna görə də mən sinerji və artan effektivliyə diqqətyetirməklə, yardımın səmərəliliyini diqqətdə saxlamaq vəgücləndirmək zərurətini vurğulayıram. İnkişaf məqsədli yardımıngöstərilməsini geosiyasi mülahizələrin təsirindən qorumaq da bizimüçün çox vacibdir. Yüksək səviyyədə institusional dürüstlüyünqorunması üçün çoxtərəfli inkişaf bankları layihələri ciddi şəkildəmahiyyəti üzrə - obyektiv, balanslaşdırılmış, şəffaf şəkildə vəsiyasi kontekstlərdən kənarda nəzərdən keçirməlidir", - obildirib.
O qeyd edib ki, Pakistan AİB ilə uzunmüddətli və etibarlıtərəfdaşlığını yüksək qiymətləndirir.
"Pakistan öz iddialı islahat gündəliyi ilə irəlilədikcə, biztransformasiyanın davamlılığını təmin etmək üçün AİB-dənəhəmiyyətli dərəcədə artan maliyyə və ekspert dəstəyi gözləyirik.Dünya Bankı Qrupu ilə bu yaxınlarda başlatdığımız stratejiçərçivəmizdən nümunə götürərək, mən AİB-i Pakistanın milli vəəyalət prioritetləri ilə uzlaşan əsas sektorlarda transformasiyadəyişikliyini nəzərdə tutan 10 illik strategiya (2026-2035)hazırlamağa çağırıram", - Əhəd Xan Çima bildirib.
Onun sözlərinə görə, Pakistan AİB-dən özəl sektora dəstəyinigenişləndirməsini, xüsusən də Beynəlxalq Maliyyə Korporasiyasının(IFC) struktur və funksionallıq səviyyəsinə nail ola biləcək xüsusiofisin yaradılması yolu ilə ölkədəki əməliyyatlarının miqyasınıartıracağını gözləyir.
"Mən AİB-dən əsas iqtisadi sektorlarda islahatları dəstəkləməküçün siyasətlə bağlı maliyyələşdirmə formasında Pakistana dəstəyinidavam etdirməyi və gücləndirməyi xahiş edirəm", - o əlavə edib.