Duşan Vlahoviçi satmağı planlaşdıran "Yuventus" heyətinə yeni hücumçu cəlb edəcək.
Sportal.az xəbər verir ki, A Seriyası klubunun əsas hədəfi"Mançester Yunayted"də çıxış edən Rasmus Hoylundur. Bu barədə "Daily Express" məlumat yayıb.
"Yuventus" danimarkalı futbolçu üçün İngiltərə klubu ilə danışıqlara başlayıb. Qarşıdakı günlərdə tərəflər arasında razılıq əldə olunacağı gözlənilir.
Qeyd edək ki, "Mançester Yunayted" Rasmus Hoylunu 2023-cü ilin yayında "Atalanta"dan transfer edib. 22 yaşlı forvard bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 47 rəsmi oyunda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi