AZ

Balansanyan Azərbaycana ancaq bir yolla qayıda bilər | Ədalət Verdiyevin yazısı

Onların da törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunacaqları gün uzaqda deyil. Azərbaycan tərəfi Ermənistanla sülh sazişi imzalamaq üçün məhkəmədə adları çəkilən şəxslərin ekstradisiyasını tələb edə bilər. Bu vəziyyətdə hazırda Ermənistanda gizlənən eks-prezident Robert Koçəryan, "general" Balasanyan və digər cinayətkarların əli hər yerdən üzülüb. Onlar xilası Rusiya prezidenti Vladimir Putinə yalvarmaqda görürlər. İrəvan erməniləri Fransa, “Qarabağ klanı” isə Rusiya rəhbərliyinin dabanını yalayır.

Əslində erməni xislətində dəyişən heç nə yoxdur. 2013-cü ildə biz uşaq qatili Zori Balayanın Putinə Qarabağı Rusiyaya birləşdirmək üçün müraciət etdiyini görmüşdük.

Proseslərin maraqlı xronologiyası var. 1991-ci ildəermənilər Qarabağın “müstəqilliyini” elan etdilər. Bundan 22 sonra Qarabağı Rusiyaya birləşdirmək üçün müraciət olundu. Müraciətdən 17 il sonra isə ermənilər Qarabağ və Zəngəzurdan ildırım sürətilə qaçdırlar. Daha 3 il keçdi və Azərbaycan ərazisində seperatizm "dəfn olundu".

34 il davam edən Azərbaycan-Ermənistan münaqişəsi zamanı Ermənistan rəhbərliyində təmsil olunanlardan bir nəfər də bu müharibədə ailə üzvünü itirməyib. Eyni sözlər Qarabağda müharibəyə qədər mövcud olan sepertçı reimin rəhbərliyinə və "miatsum" ideolaqlarına da aid edilə bilər. Onlardan biri də "general" Vitali Balasanyandır.


1-ci Qarabağ Müharibəsində cəsəd alveri ilə məşğul olan Vitali Balasanyan 44 günlük Müharibə zamanı Qarabağın "təhlükəsizlik şurasının katibi" idi. İndi Qarabağın fərari veteranları adından Putinə müraciət edən Balasanyan yazır: “…Qarabağ erməniləri bir sıra şərtlərə görə öz tarixi vətənlərindən məhrumdurlar. Biz hesab edirik ki, rus xalqı və Rusiya dövləti bu ədalətsizliyi dəyişə bilər. Əsrlər boyu Rusiya imperiyası dəfələrlə erməni xalqına öz kimliyini və dövlətçiliyini qoruyub saxlamaq imkanı yaradıb. Böyük Vətən Müharibəsində qalib gəlmiş xalqın nəslinin öz tarixi vətənlərinə qayıdacağı, minilliklər boyu yaradılmış tarixi-mədəni irsin, habelə, kilsələrin, xaçkarların, müxtəlif tikililərin, yaşayış məntəqələrinin, abidələrin, o cümlədən, Böyük Vətən müharibəsinə həsr olunmuş abidələrin xilası üçün ən qısa zamanda əməli addımlar atılmalıdır”.

Balasanyan, Balayan, Köçəryan, Sarkisyan, Ohanyan və bir sıra digər erməni siyasətçilərin Moskvanın köləsi olduqlarını bilirik. Amma Azərbaycan həbsxanasında cəza çəkmək ehtimalı böyük olan Balasanyan bəzi məsələləri gözardı edir:

1) Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Ermənistan da eyni addımı atıb. Buna görə Rusiya sülhməramlılarını da Azərbaycan ərazisindən çıxarıb. Balasanyana və bir ovuc terrorçuya görə Kreml Azərbaycan, Türkiyə, Çin, Qazaxıstan, Özbəkistan, Pakistan və digər ölkələrlə münasibətini poza bilməz.

2) 44 günlük Vətən Müharibəsi və ermənilərin Qarabağdan könüllü getməsi Rusiyanın gözü qarşısında baş verdi. Amma Kreml bu məsələlərə müdaxilə etmək imkanına malik deyildi. İndi isə çox gecdir. Qarabağ qatarı gedib, hətta Qərbi Zəngəzura da çox yaxınlaşıb.

3) Antiterror əməliyyatından sonra Azərbaycan Qarabağ ermənilərinin qalması üçün əlindən gələni etdi. Bu imkandan yararlananlar oldu, amma çoxları Qarabağı idarə edənlərin təsiri ilə Ermənistana getdilər.

Siyahını bir qədər də uzatmaq olar, amma ehtiyac duymuram. Cəsəd alveri ilə məşğul olan Balasanyan Qarabağa həqiqətən bağlı idisə, yaxınları ilə birlikdə 44 günlük müharibədə sona qədər savaşmalı idi. Savaşmadı, cəsarəti çatmadı. "General" mundirini Əsgərandakı evində atıb qaçdı. Müharibədən sonra rusların müvəqqəti nəzarətində olan ərazilərimizdə bir müddət Azərbaycanın xeyrinə fəaliyyət göstərdi. Antiterror əməliyyatından əvvəl Qarabağdan qaçan ilk ermənilərdən olan Balasanyanın bu gün ora qayıtmaq barədə verdiyi bəyanatlar, sadəcə, fərari erməni "generalı"nın özünü reabilitasiya etmək cəhdindən başqa bir şey deyil.

Qarabağda anadan olan ermənilərinin qayıtması üçün Azərbaycan dövləti tərəfindən verilən müddət 2024-cü ilin martında başa çatıb. Bundan sonra qayıtmaq məsələsinə baxılmayacaq. Onların Azərbaycana qarşı cinayətlərdə iştiraklarına dair çoxlu təkzibolunmaz faktlar mövcuddur. Söhbət qanunsuz hərbi birləşmələrə qoşulmaq, terror təşkilatları ilə əməkdaşlıq, Livan ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirilməsi, onların bir hissəsindən müharibədə Azərbaycana qarşı istifadə etmək kimi cinayətlərdən gedir.

Odur ki, Balasanyan, Balayan, Köçəryan, Sarkisyan, Ohanyan və bir sıra digər erməni cəlladlarının qayıtması məsələsinə yalnız Bakı Məhkəmə Kompleksində hazırda davam edən proses çərçivəsində mümkün ola bilər.

Ədalət Verdiyev
Hərbi ekspert
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr