"Qəbələ"nin kapitanı Asif Məmmədovun taleyinə aydınlıq gəlib. O, gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytına verilən məlumata görə, Məmmədov yayda futbolçu karyerasını yekunlaşdırmağı planlaşdırır.
O, artıq bütün fikrini məşqçiliyə yönəldib. Kapitanın " Qəbələ"nin məşqçilər korpusuna daxil edilməsi də gözlənilir.
Xatırladaq ki, Asif Məmmədov karyerası ərzində "Ədliyyə", "Standart", " İnter", "Xəzər Lənkəran" klublarında çıxış edib.
Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib
Misli Premyer Liqasında son 11 mövsümün rekordu
Emin Mahmudovdan yubiley qolu
"Qarabağ"ın futbolçusu mövsümün rekorduna imza atıb
Samir Abasov: “Artıq adımıza layiq bir şey etmirik”