Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib.
Bu barədə Herbiand.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Saqr Qobaş, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.