“Bavariya” komandası ötən gün Almaniya Bundesliqasında vaxtından əvvəl çempionluğu təmin edib.
"Unikal" xəbər verir ki, tarixində 34-cü dəfə ölkə çempionu olan Münhen klubu bu yarışda ən yaxın izləyicisi “Nürnberq”i 25 titul qabaqlayır. Onların aktivində 9 ölkə çempionluğu var.
Bununla yanaşı, mövsümün sonunda “Bavariya”nı tərk edəcək Tomas Müller alman futbolçular arasında qazandığı kubok sayına (34) görə Toni Krossa çatıb – 34.
Qeyd edək ki, “Bavariya” Bundesliqanın XXXII turunda səfərdə “Leyptsiq”lə 3:3 hesablı heç-heçə edib. Ötən gün isə turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Bayer” (Leverkuzen) “Frayburq”la matçda (2:2) xal itirməklə, lideri keçmək şansını əldən verib.