AZ

İstanbulda QORXULU QƏZA ANLARI!

İstanbulun Avcılar rayonunda baş verən yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.

“ Busaat.az ” xəbər verir ki, Firuzköy bulvarında nəzarətsiz şəkildə yola çıxan avtomobil sürücüsü motosikletçiyə çırpılıb.

Zərbənin gücündən motosikletçi yerə yıxılıb və arxadan gələn avtomobillərin altında qalmaqdan son anda xilas olub.

Hadisə zamanı təsadüfən yaxınlıqdan keçən təcili yardım maşını dərhal müdaxilə edərək yaralıya ilkin tibbi yardım göstərib.

Qəza anı ərazidə olan başqa bir motosikletçinin dəbilqə kamerasına düşüb. Kadrlarda avtomobilin motosikletçini vurduğu an və motosikletçinin yola aşıb canını çətinliklə qurtarması aydın görünür.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nərmin Səmidova

Busaat.az

Seçilən
0
busaat.az

1Mənbələr