AZ

Putin Hindistanın baş naziri ilə Pahalqamdakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb, liderlər Hindistanın Pahalqam şəhərində baş verən vəziyyəti müzakirə ediblər.

Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval X sosial şəbəkəsində məlumat verib.

Rusiya prezidenti terrorizmlə mübarizədə Hindistan hökumətinin başçısını dəstəklədiyini bildirib.

"O, günahsız insanların itkisi ilə bağlı dərin hüznlə başsağlığı verib və həmçinin Hindistanın terrorla mübarizədə tam dəstəyini ifadə edib", - Caisval yazıb.

Seçilən
0
aznews.az

1Mənbələr