AZ

"Hər bir qidanın normasını gözləmək lazımdır" — Ekspert

Quş əti, o cümlədən toyuq əti dünyada ən çox istehlak edilən ətlərdən biridir və çox vaxt digər heyvan ətlərindən daha az yağ ehtiva edir. Ancaq araşdırmalar göstərir ki, bu növ ətdən çox yemək xərçəng riskini , o cümlədən özofagus xərçəngi (qida borusu xərçəngi) riskini iki dəfədən çox artıra bilər. 

Mövzu ilə bağlı Demokrat.az-a danışan qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov açıqlama verib.

O qeyd edib ki, toyuqlar iki hissəyə bölünür:

“Biri var broylerlər, biri də var kənd toyuqları. Amma burada stress qəfəslərində, dar bir yerdə böyüdülən toyuqlardan söhbət getmir. Söhbət hərəkətdə olan, qan dövranı düzgün şəkildə işləyən toyuqlardan gedir. Hansı ki, bu toyuqlar gəzir, eşələnir, zülal ilə qidalanır, böcək və otlar yeyir. Həmin toyuqların ətlərində də təbii ki, lazım olan qədər vitamin, mineral və faydalı ementlər mövcud olur. Bunların da insana faydaları çoxdur. Broylerlər isə süni qidalarla yemlənir, 10-15 günə də müəyyən qədər çəki alırlar”.

Ekspert əlavə edib ki, bunların da ziyanlı tərəfləri var. Çünki hormonlu yemlər də insana orqanizmindən zərərsiz ötüşmür. 

“Ümumiyyətlə, ət yeyəndə xərçəng hüceyrələri qidalanır. Hər kiloqrama 1 qram zülal düşürsə, onun 0,5-i heyvan mənşəli, 0,5-i bitki mənşəli zülal olmalıdır. Heyvan mənşəli zülallarda da balıq, ət, toyuq var. Bunları nəzərə almaq lazımdır. Ona görə biz hər gün ət, toyuq, balıq yeyə bilmərik. Bunların hamısını lazım olduğu qədər yeməliyik. Bununla yanaşı ağartı məhsulları da var. Ona görə hər bir qidanın normasını gözləmək lazımdır”.

Leyla Turan
Demokrat.az
Seçilən
0
1
demokrat.az

2Mənbələr