"Vulverhempton"un müdafiəçisi Rayan Ait Nuri Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" əlcəzairli futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" Nuri üçün onun klubu ilə danışıqlara başlayacaq. "Mançester Yunayted" müqaviləsi gələn il başa çatan 23 yaşlı oyunçunu uyğun qiymətə heyətinə qara biləcəyinə ümid edir.
Qeyd edək ki, Rayan Ait Nuri bu mövsüm "Vulverhempton"un heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi