ain.az, 525.az portalına istinadən məlumat verir.
Bu il 24-25 may tarixlərində Türkmənistanda “Ağ Şəhər Aşqabad” XXIV Çoxprofilli Beynəlxalq Sərgi və Konfrans keçiriləcək.
525.az xəbər verir ki, tədbir Aşqabad şəhər administrasiyası və Türkmənistanın Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilir.
Mayın 25-də Aşqabad Şəhər Gününün qeyd edilməsinə həsr olunmuş konfrans və sərgi Türkmənistan paytaxtının müasir, dayanıqlı və rahat meqapolis kimi inkişaf perspektivlərinin müzakirəsi və nailiyyətlərin nümayişi üçün mühüm platformaya çevriləcək.
İqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən şəhərsalma, memarlıq, nəqliyyat, kommunal xidmətlər, informasiya texnologiyaları və digər sənaye sahələrini təmsil edən menecerlər və mütəxəssislər öz layihələrini nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və şəhər mühitinin inkişafı ilə bağlı aktual problemləri müzakirə etmək imkanı əldə edəcəklər.
Tədbir dinamik inkişaf edən Aşqabadda mövcud olan investisiya imkanlarını araşdırmaq üçün unikal platforma təqdim edəcək.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.