AZ

“Trampın atəşkəs məsələsində üç məqsədi var” AÇIQLAMA

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Tramp administrasiyasının Rusiya və Ukrayna arasında atəşkəs təkidi 3 əsas məqsədə söykənir. Birincisi, Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaqla ABŞ-ın beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirmək, ikincisi, atəşkəs elan olunduqdan sonra Ukrayna ilə mineral ehtiyatlarla bağlı əməkdaşlıq, Rusiya ilə bütün əlaqələri bərpa etmək, üçüncüsü, ABŞ-ın Yaxın Şərq və Asiya-Sakit okeanı regionunda geostrateji və geosiyasi hədəflərinin həyata keçməsi istiqamətində addımlar atmaq. Bütün bunlar hazırkı administrasiyanın xarici siyasət proqramında mühüm prioritetlər hesab olunur”.

Bunu Bakupost.az -a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov deyib.

O qeyd edib ki, münaqişənin nizamlanması üzrə danışıqlar prosesində vasitəçilik edə biləcək yeganə siyasi oyunçu ABŞ-dır:

"Aİ-nin bu prosesdə vasitəçiliyi qeyri-mümkündür, çünki Moskva Brüsseli prosesə yaxın buraxmaq istəmir. Türkiyənin vasitəçiliyi mümkün görünə bilər, amma bunu da nəzərə almaq lazımdır ki, Ankaranın hazırda əsas diqqəti Yaxın Şərqə yönəlib. Əgər Vaşinqton vasitəçilik missiyasından geri çəkilərsə, bu, atəşkəslə bağlı ümidlərin fiaskoya uğramasına və müharibənin davam etməsinə gətirib çıxaracaq. Hətta Rusiya münasib şəraitdən istifadə edib Ukrayna daxilində hücum əməliyyatlarını genişləndirəcək”.

Sevinc,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
icma.az

1Mənbələr