“Azəryağ” MMC daha fəaliyyət göstərməyəcək.
Valyuta.az xəbər verir ki, Balakəndə yerləşən “Azəryağ” sənaye müəssisəsi istehsalı dayandırır.
İstehsal bazarından çıxan bu şirkətin nizamnamə kapitalı 10 manat təşkil edib. Qanuni təmsilçisi isə İlqar Tanrıverdiyev Allahverdi oğlu olub.
Qeyd edək ki, “Azəryağ” MMC konserv, fındıq məhsulları istehsal edirdi.
Sərvanə Rəmixanova