AZ

Baykonurun tarixində ilk məscidin təməli qoyulub

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Qızılorda vilayətinin Karmakşinski rayonunda yerləşən Baykonur şəhərində ilk məscidin bünövrəsi qoyulub.

525.az xəbər verir ki, tədbirdə Qızılorda vilayətinin baş imamı Dastan Kurmanbayev və Baykonur şəhər administrasiyası rəhbərinin müavini Sergey Volkov iştirak ediblər.

Məscid Asıl Koldau ictimai fondunun dəstəyi ilə tikiləcək. İkimərtəbəli bina 800 nəfər üçün nəzərdə tutulub. Eyni zamanda, ətrafında park salınacaq, fəvvarələr quraşdırılacaq.

Qazaxstan Müsəlmanları Ruhani İdarəsinin Qızılorda vilayəti üzrə nümayəndəliyindən bildirilib ki, layihəyə ehsanların təşkili üçün yeməkxana və uşaq meydançasının tikintisi də daxildir.

Xatırladaq ki, 2025-ci il iyunun 2-də Baykonur kosmik kompleksi şəhərin və eyniadlı kosmodromun yaradılmasının 70 illiyini qeyd edəcək.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
icma.az

1Mənbələr