BAKI, 5 may. TELEQRAF
Sabirabad rayonunun Qəzli kəndində yanğın olub.
Bu barədə Teleqrafa- Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyünün taxta atmaları 50 m² sahədə yanıb.
Yüksək temperaturdan digər otağın tavanı 30 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.