AZ

İkardi “Qalatasaray”dan ayrılır?

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardinin mövsümün sonunda klubdan ayrılaraq vətəni Argentinaya qayıda biləcəyi barədə iddialar yayılıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun adı “River Pleyt”lə hallanır və klubun baş məşqçisi Marselo Qalyardo onun transferində maraqlıdır. Ancaq “Qalatasaray” rəhbərliyi bu iddiaları təkzib edib.

Klubun vitse-prezidenti İbrahim Hatipoğlu, İkardinin klubdan ayrılmasının gündəmdə olmadığını və onun komandada qalacağını bildirib.

İkardinin “Qalatasaray”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Seçilən
0
idmanxeber.az

1Mənbələr