Belarus sərhədçiləri Latviya ilə sərhəddə huşsuz vəziyyətdə əcnəbi qadın tapıblar.
Bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
"Mayın 4-də günorta saatlarında Belarus sərhədçiləri Braslav vilayətində Latviya sərhəd hasarının yaxınlığında əcnəbi qadın aşkar ediblər. Afrikalı görünüşlü bir qız yerdə huşsuz vəziyyətdə uzanıb", - deyə idarənin Telegram kanalında bildirilir.
Baxış zamanı qızın üzərində hər hansı sənəd və ya mobil telefon tapılmadığı bildirilir.