Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.
Publika.az xəbər verir ki, 36 yaşlı Qordon 2017-ci ildə ətraf mühitə töhfə vermək məqsədi ilə butulka yığmağa başlayıb.
Bu illər ərzində o, 450 mindən çox butulka toplayıb və onları Yeni Cənub Gallerin “Return and Earn” (Geri qaytar və qazan) proqramına təqdim edib.
Qordon bu sayədə yenidən emal edilərək əldə edilən hər bir qutu üçün 10 Avstraliya senti qazanıb. Bununla da o, ümumilikdə 46 min Avstraliya dolları (təxminən 50 min manat) əldə etmiş olub.