AZ

Azərbaycan və Belarus arasında ticari-iqtisadi əlaqələr artım nümayiş etdirir - AZPROMO

Bakı. Trend:

2025-ci ilin birinci rübündə Azərbaycan və Belarus arasındaticarət dövriyyəsi 100 milyon dolları ötüb.

Trend-in xəbərinəgörə, bu barədə Azərbaycan Respublikasının İxracın vəİnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoruYusif Abdullayev Bakı şəhərində keçirilən Azərbaycan–Belarusbiznes-forumu çərçivəsində etdiyi çıxışda danışıb.

Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadiəməkdaşlıq dayanıqlı müsbət dinamika nümayiş etdirir:

“Azərbaycan məhsullarının Belarusa ixracı 82 faiz artıb və 18milyon dollar təşkil edib”,- deyə o qeyd edib.

Y. Abdullayev, həmçinin, Azərbaycan alkoqollu məhsullarınınBelarus paytaxtında fəal şəkildə təşviq edildiyini vurğulayıb:

"Biz Minskdə Azərbaycan şərablarına artan marağın şahidiolmaqdayıq. Bu, iqtisadi əlaqələrin möhkəmlənməsinin əlamətlərindənbiridir”, - deyə o bildirib.

O, həmçinin, Gəncə Avtomobil Zavodunun Minsk Traktor Zavodu iləuğurlu əməkdaşlığını qeyd edib:

"2007-ci ildən bəri əməkdaşlıq çərçivəsində 14 mindən çoxtraktor və 3 mindən artıq yük avtomobili istehsal olunub".

"Əminik ki, yaxın illərdə investisiya və ticarət əlaqələrimizdaha da genişlənəcək", - deyə Y.Abdullayev bildirib.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr