AZ

Xoşbəxtliyin sirri - Serotonini artıran 10 qida


Stress, narahatlıq və gündəlik həyatın gərgin tempi bəzən əhvalımıza mənfi təsir göstərir. Bununla belə, zehni möhkəmliyimizi artırmaq və daha xoşbəxt hiss etmək təkcə xarici şərtlərdən asılı deyil. Beynimizdə "xoşbəxtlik hormonu" kimi tanınan serotonini artırmaq əhvalımıza müsbət təsir edən ən güclü təbii üsullardan biridir.

Medicina.az təqdim edir:

Banan

Təbii enerji mənbəyi olan banan tərkibindəki triptofan sayəsində serotonini artırır. Həmçinin B6 vitamini ilə əhval-ruhiyyəni tarazlamağa kömək edir. Qəlyanaltı üçün praktik və faydalı seçim.



Tünd şokolad

Tərkibində yüksək kakao olan tünd şokolad təkcə serotonin səviyyəsini artırmır. Tərkibindəki flavonoidlər sayəsində antioksidant təsir də təmin edir. Ölçülü şəkildə yeylldikdə, əhval-ruhiyyəni yaxşılaşdıran güclü bir desert alternativi ola bilər.



Yulaf

Günə enerjili başlamaq istəyənlər üçün ideal səhər yeməyi ola bilər.



İspanaq

Yaşıl yarpaqlı tərəvəzlər arasında seçilən ispanaq, zəngin maqnezium tərkibi ilə serotonini artırır. Əzələlərə və sinir sisteminə rahatlaşdırıcı təsiri ilə də tanınır.



Yumurta

Zülalla zəngin olan yumurta, tərkibindəki triptofan və B vitaminləri sayəsində beyinə müsbət təsir edir. Gündə 1 yumurta yemək həm fiziki, həm də zehni performansı yaxşılaşdıra bilər.



Badam

Sağlam yağlar və maqneziumla zəngin olan badam serotonin balansını qoruyan qəlyanaltılar arasındadır. Kiçik bir ovuc badam gün ərzində özünüzü daha sakit hiss etməyə kömək edə bilər.



Somon balığı

Omeqa-3 yağ turşuları ilə tanınan qızılbalıq, serotonin səviyyəsini tarazlayan ən güclüqidalardan biridir. Həftədə ən az 1-2 dəfə yeyildikdə depressiv əhval-ruhiyyəni azaltmağa kömək edə bilər.



Toyuq

Həm yüngül, həm də faydalı zülal qaynağı olan toyuq əti triptofanla da zəngindir. Həm fiziki gücü, həm də zehni tarazlığı dəstəkləyir.



Soya və soya məhsulları

Xüsusilə vegetarianlar və veganlar üçün yaxşı seçimdir



Bütün taxıllar

Qəhvəyi düyü, tam buğda çörəyi və tam buğdalı makaron kimi bütün taxıllar qan şəkərini tarazlayır. Həm də sizi uzun müddət tox saxlayır.

Aygün
Medicina.az

Seçilən
0
medicina.az

1Mənbələr