AZ

Netanyahu Bakıya gəlirmiş – Son anda bu hadisə baş verib!

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin təxirə salınması ətrafında müzakirələr davam edir. Səfərin baş tutmamasına bir neçə mühüm faktor səbəb göstərilir. Bildirilir ki, İsrail hava qüvvələri ilə Türkiyəyə məxsus F-16 qırıcılarının qarşılıqlı şəkildə “xəbərdarlıq mesajı” göndərməsi iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Bununla yanaşı, Suriyada davam edən silahlı toqquşmalar və İsrailin bu ölkədəki hərbi müdaxilələri də Netanyahunun səfərini riskli və qeyri-məqbul vəziyyətə gətirib.

Moskvada keçiriləcək 9 May paradı və İranın bölgədəki təsiri də səfərin təxirə salınmasına təsir edən digər amillərdən hesab edilir.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İsrail hökuməti səfərin təxirə salınmasını Qəzza və Suriyada baş verən son hadisələrlə əlaqələndirib:

“Bu səbəbi kifayət qədər ciddi arqument saymayan siyasətçilər də var. Onlar səfərin təxirə salınmasının əsas səbəbini Türkiyənin baş nazirin təyyarəsinə öz ərazisindən keçmək üçün icazə verməməsində görürlər.

Hər iki səbəb baş nazirin səfərinin təxirə salınması üçün əsas götürə bilər. Suriya və Qəzzada İsrail tərəfindən ciddi əməliyyatlar aparılır. İsrail Müdafiə Nazirliyi 60 min yeni əsgərin ehtiyatdan orduya çağırılması haqqında qərar qəbul edib ki, bu da əməliyyatların genişləndirilməsi anlamına gəlir. Əməliyyatların genişləndirilməsi Netanyahu hökumətinə qarşı narazılığın artması ilə nəticələnə bilər. Belə bir zamanda Netanyahunun 5 günlük xarici səfərə çıxması əhali tərəfindən mənfi qarşılanardı. Məhz buna görə də Netanyahunun səfəri təxirə salınması məqsədəuyğun görünür”.

elimusa

Əlimusa İbrahimov

Politoloq qeyd edib ki, Türkiyənin İsrail təyyarəsinə öz ərazisindən keçməyə icazə verməməməsi də səfərin təxirə salınması üçün əsas kimi nəzərdən keçirilə bilər:

“Çünki Netanyahu Azərbaycana gəlmək üçün 3istiqamətdən – İran, Türkiyə, Qara dəniz – birindən istifadə etməli idi. Məlum olduğu kimi, Netanyahunun təyyarəsi İran səması ilə uça bilməzdi, Qara dəniz üzərində Rusiya ilə Ukrayna müharibəsi səbəbindən keçmək olduqca təhlükəlidir. Qalır Türkiyə üzərindən gəlmək. Ona da Türkiyə hökuməti icazə vermədi. Beləliklə Netanyahu Azərbaycana gəlmək üçün uyğun və təhlükəsiz hava məkanı tapmadığına görə səfəri təxirə saldı, deyə bilərik. Bu zaman isə başqa sual yaranır: İsrail hökuməti səfəri hazırlayarkən Türkiyənin mümkün reaksiyasını nəzərə almamışdımı?

Əlbəttə ki, almışdı və Türkiyənin icazə verəcəyinə əmin idi. Amma İsrail ordusunun Suriyadakı son əməliyyatları Türkiyənin hava məkanını bağlamasına səbəb oldu”.

Seçilən
0
1
turkustan.az

2Mənbələr