AZ

SSJ Tələbə Startap Düşərgəsinin qalibləri mükafatlandırıldı (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)“ConstructionTech Incubation” layihəsi çərçivəsində İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə təşkil olunan SSJ(Student Startup Journey) tələbə startap düşərgəsi uğurlayekunlaşdı.

Startap düşərgəsinin bağlanış mərasimində çıxış edənuniversitetin İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri RasimAbdullayev layihə barədə iştirakçılara ətraflı məlumat verdi.Layihə çərçivəsində həyata keçirilən SSJ Tələbə StartapDüşərgəsindən qısa olaraq danışdı. Söylədi ki, 2 ay davam edəndüşərgə müddətində 10 təlimçi tərəfindən 20 təlim sessiyasıkeçirildi, əlavə olaraq 3 ekspertin iştirakı ilə ustad dərsləritəşkil olundu. Təlimlərə ümumilikdə 199 tələbə qeydiyyatdan keçsədəonlardan 101-i seçim mərhələsini uğurla tamamlayaraq iştirak hüququqazandı. Müxtəlif meyarlar əsasında aparılan qiymətləndirmələrnəticəsində 64 tələbə ilə təlimlər davam etdirildi. Sonda düşərgəni31 tələbə uğurla 8 tələbə isə yalnız iştirakçı kimi bitirdi.

Çıxışının yekununda Rasim Abdullayev layihənin bütüniştirakçılarına təşəkkür edərək onlara uğurlar arzuladı vəlayihənin növbəti mərhələləri barədə mərasim iştirakçılarınıməlumatlandırdı.

Mərasimdə universitetin elm və innovasiya üzrə prorektoruprofessor Nigar Aslanova çıxış edərək layihənin əhəmiyyətindən bəhsetdi və iştirakçılara uğurlar dilədi. Həmçinin, İRİA-nınnümayəndəsi Nigar Abdullayeva da öz çıxışında layihənin gedişatıilə bağlı təəssüratlarını bölüşdü, bütün iştirakçılara uğurlararzuladı.

Daha sonra layihə iştirakçıları münsiflər heyəti qarşısındaçıxış etdilər. Qiymətləndirmə meyarlarına əsasən, üç iştirakçı —AzMİU-nun Ekologiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsiƏminə Əsədova, Dizayn və texniki estetika ixtisaslaşması üzrəbirinci kurs magistrantı Rza Əskərov və Layihələrin idarə edilməsikafedrasının ikinci kurs magistrantı Selcan Quluzadə — 1000 AZNməbləğlə mükafatlandırıldı.

SSJ
SSJ
SSJ
SSJ
SSJ
SSJ
SSJ
SSJ
SSJ
SSJ
SSJ
SSJ
SSJ
SSJ
Məqalədə:
Seçilən
0
2
az.trend.az

10Mənbələr