AZ

Selfi çəkməyə çalışarkən ÖLÜMDƏN DÖNDÜ

İtaliyanın paytaxtı Romada Kolizeydə selfi çəkdirmək istəyən 47 yaşlı turist Kolizeyi əhatə edən məhəccərlərə dırmaşarkən müvazinətini itirərək yıxılıb. 

News24.az xəbər verir ki, kürəyinə dəmir ilişən turist uzun müddət mübarizə apardıqdan sonra huşunu itirib.

Hadisəni görən ziyarətçilər dərhal təcili yardım çağırıb. Amerikalı turistin olduğu yerdən çıxarılması təxminən 20 dəqiqə çəkib.

Ağır yaralanan turist həyati təhlükəsi olan hallarda istifadə edilən “qırmızı kod”la San Giovanni Xəstəxanasına aparılıb. Həmin şəxs orada əməliyyat olunub və bədəninə 80-dən çox tikiş qoyulub. Onun həyati təhlükəsi olmadığı və vəziyyətinin stabil olduğu açıqlanıb.

Günel Məlikzadə


Seçilən
0
news24.az

1Mənbələr