Həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu CHP-nin 4-5 noyabr tarixində keçirilən 38-ci növbədənkənar qurultayında Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində “şübhəli” kimi ifadə verib.
Tribunainfo.az xəbər verir ki, istintaqı aparan prokuror İmamoğluna CHP-nin Ankarada keçirilən 38-ci növbədənkənar qurultayında bəzi partiya təmsilçilərinə imtiyazlar verməsi və qanunsuzluqlara yol verməsi iddiaları ilə bağlı 9 sual verib.
İmamoğlu suallara və şahid ifadələrinə “yalnız” cavab vermək istədiyini bildirib.
Qurultaydan əvvəl CHP sədri Özgür Özəl adına çalışdığına və maddi dəstək verdiyinə dair şahid ifadələrini təkzib edən İmamoğlu, “Şahid deyilən, lakin şahid olmayan eyni 3-5 ad hər dəfə yeni bir faylda yenidən səhnəyə çıxarılır. Onlara mənə qarşı yeni bir böhtan atmaq vəzifəsi qoyulur” deyib.
Dəniz Pənahova